23 C
Baku
Saturday, July 5, 2025

Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin 61%-i xarici valyutadadır

2019-cu ilin dekabr ayının sonunda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 24 milyard 746 milyon manat təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ildə kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 2 milyard 876 milyon manat artıb.

2019-cu ilin dekabr ayında cəmi depozit və əmanətlərin 8 milyard 638 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 727 milyon manatı maliyyə təşkilatlarına, 14 milyard 382 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 263 milyon manat, maliyyə təşkilatlarına məxsus depozitlər 179 milyon manat, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 2,435 milyon manat artıb.

Dekabrın sonunda cəmi depozit və əmanətlərin 15 milyard 88 milyon manatı və ya 61%-i xarici valyuta ilə yerləşdirilib.

Ev təsərrüfatlarına məxsus 8 milyard 638 milyon manat əmanətin 4 milyard 505,2 milyon manatı, qeyri-maliyyə təşkilatlarının 14 milyard 382 milyon manat depozitinin 9 milyard 441,3 milyon manatı,  maliyyə təşkilatlarının 1 milyard 727 milyon manat depozitinin isə 1 milyard 142 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər