Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının “Rabitəbank” ASC-dən kredit götürmə marağı kəskin azalıb.
Banker.az bu barədə Bankın 2020-ci ilin ilk yarımilliyinə dair maliyyə hesabatına istinadən xəbər verir.
“Rabitəbank”ın banklar və digər maliyyə institutlarına verilən kreditlər 1 iyul 2020-ci il tarixinə 10.83 mln. manat təşkil edib. Bu isə rübün əvvəli, yəni 1 aprel 2020-ci il tarixdəki göstərici ilə müqayisədə ikiqatdan çox azalma və ya 56% azalma deməkdir.
2019-cu ildən bu tərəfə bir neçə BOKT-un “Rabitəbank”dan aldığı kreditləri üzrə yeni müqavilələrdən imtina edərək, digər banklara (PAŞA Bank, Beynəlxalq Bank və Yelo Bank) üz tutduğunu müşahidə edilməkdədir.






