7 C
Baku
Sunday, December 15, 2024

Kredit Təhlili Departamenti Menecer/ menecer müavini/ baş mütəxəssis (Ziraat Bank Azərbaycan)

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil;
  • Cinsiyyəti – kişi
  • Yaşı – 21-30 arası
  • Min 2 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları.
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq.
  • Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti.
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır. (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək)
  • Kompüter bilikləri (MS Office, Internet);

İŞÇININ VƏZIFƏSI:

Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının hazırlanması)  hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd etməyiniz vacibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər