AFB Bank Kredit təhlili şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.
Departament: Kreditlərin təhlili departamenti
Vəzifə: Kredit təhlili şöbəsinin rəisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes ,idarəetmə, hüquq və s.);
• Biznes kreditləşməsi / kreditlərin təhlili (Credit Risk Underwriter) sahəsində azı 3 il iş təcrübəsi;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində bilklər;
• Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində səlist danışmaq və yazmaq.
İŞİN TƏSVİRİ:
- Müştərilərin maliyyə hesabatlığını təhlil etmək;
• Kredit sifarişi üzrə kredit müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və müvafiq strukturlarla razılaşdırmaq; - Kredit üzrə müraciətlərə baxılmasına dair vahid rəy hazırlamaq və qərarların nəticəsini strukturlara çatırılmasını təmin etmək;
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək;
• Müştəriyə ayrılacaq kredit məbləğinin müəyyən edilməsini həyata keçirmək;
• Kredit müraciətlərinin təhlilini aparmaq;
• Kreditləşmə və kredit risklərinin qiymətləndirilməsi üzrə Bankın metodoloji bazasının hazırlanmasında iştirak etmək; - Kredit portfeli üzrə ehtiyatları hesablamaq;
- Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit təhlili şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.