26 C
Baku
Saturday, April 27, 2024

Kredit tənzimlənməsinin əsas istiqamətləri

Kredit sferasının dövlət tənzimlənməsi dövlətin mərkəzi bank vasitəsilə fərdi institutların həcmi və xarakterinə effektiv təsir göstərə bildiyi halda uğurla həyata keçirilə bilər. İnkişaf etmiş bazar iqtisadiyyatında sonuncular pul-kredit sisteminin əsasını təşkil edirlər. Bu tənzimlənmə bir neçə qarşılıqlı istiqamətdə həyata keçirilir:

1. Bank sistemi üzərində dövlət nəzarəti kredit-maliyyə likvidlikyin möhkəmləndirilməsi, daha doğrusu əmanətçilərin tələblərini vaxtında ödəmək məqsədi daşıyır. Bu, hər şeydən öncə uçot və ya diskont siyasəti, eləcə də bank ehtiyatları normasının müəyyən edilməsi yolu ilə həyata keçirilir.

2. Dövlət borcunun idarə edilməsi xroniki büdcə defisiti, dövlət borclarının kəskin artımı şəraitində dövlət tənzimlənməsinin bir istiqamətidir.

Bunun üçün mərkəzi bank dövlət borcunun idarə edilməsinin müxtəlif metodlarından istifadə edir:

  • Dövlət istiqrazlarını alır və satır
  • Obliqasiyaların qiymətini dəyişir
  • Onların satış şərtlərini variasiya edir
  • Fərdi investorlar üçün sonuncuların cəlbediciliyini müxtəlif üsullarla artırır

3. Kredit əməliyyatları və pul emissiyasının həcminin tənzimlənməsi ilk öncə təsərrüfat aktivliyinə təsir etmək üçün həyata keçirilir. Pul-kredit tənzimlənməsinin bu istiqaməti birinci və ikinci punktda göstərilənlərlə sıx əlaqədardır. Bank likvidliyinin tənzimlənməsi bank borcları və depozitlərinin strukturu, pul kütləsinin həcmi, bazar üzrə faiz normasının səviyyəsinə təsir göstərir. dövlət borcunun idarə edilməsi fərdi və dövlət sektoru arasında borc kapitalının bölgüsü, faiz dərəcələrinin səviyyəsi və bank likvidliyinə təsir göstərir. dövlət borc öhdəliklərinin bank sistemində yerləşdirilməsi pul emissiyasının artmasına, lakin bank sistemindən kənarda isə onun azalmasına səbəb olur.

Beləliklə, kredit siyasətinin bir-birilə qarşılıqlı əlaqəli üç əsas istiqaməti mövcuddur, ona görə də dövlət tərəfindən bu sahədə atılan addımlar həmişə mürəkkəb xarakter daşımışdır və birmənalı olmamışdır. Dövlətin pul siyasəti həyata keçirərək kredit bazarına hansı alətlər vasitəsilə təsir etdiyini nəzərdən keçirək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər