“Elit Kredit İttifaqı” MMC 2024-cü ili 20 982 manat xalis zərərlə başa vurub. Halbuki, ötən il (2023) qurum 96 575 manat xalis mənfəət əldə etmişdi. Şirkətin əsas əməliyyat gəlirləri
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildəki 165 665 manatdan 2024-cü ildə 40 006 manata düşüb. Əməliyyat mənfəəti 151 931 manatdan 19 471 manata qədər azalıb. Eyni zamanda maliyyə xərcləri də artaraq 21 920 manatdan 40 453 manata çatıb.
Aktivlərdə də ciddi azalma var. 2023-cü ildə 459 535 manat olan ümumi aktivlər 2024-cü ildə 191 015 manata düşüb.
Pul vəsaitləri və ekvivalentləri 308 520 manatdan 140 292 manata azalıb. Kapital 273 585 manatdan 136 182 manata enib.
2023-cü ildə 166 085 manat olan ümumi öhdəliklər isə 2024-cü ildə 54 833 manata qədər azalıb.
Xatırladaq ki, “Elit Kredit İttifaqı” MMC 2014-cü ildə 4000 manat nizamnamə kapitalı ilə Lənkəran rayonunda qeydiyyata alınıb.