8 C
Baku
Sunday, November 17, 2024

Kredit təşkilatının İdarə Heyətində dəyişiklik olub

Kollegial idarəetmə sisteminə malik olan BOKT “AZPUL” MMC-nin İdarə Heyətində dəyişiklik olub.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən BOKT-nin Emin Ağayev Ayın oğlu İdarə Heyətinə üzv seçilib.

Əvəzində, Seymur Yusifli Mübariz oğlu İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb.

Hazırda BOKT-nin İdarə Heyətinə Tural Vəliyev Gəray oğlu sədrlik edir.

Xatırladaq ki, BOKT “AZPUL” MMC 2020-ci ilin sentyabrında Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Hazırda 300 000 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər