“Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinin sədri dəyişib.
Banker.az xəbər verir ki, Teymur Süleymanov Şəkərəli oğlu BOKT-nin sədri təyin edilib.
T.Süleymanova qədər bu vəzifədə Rəhim Əliyev İsmayıl oğlu idi.
Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1 milyon 283 min manatdır.