-1 C
Baku
Friday, February 21, 2025

Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir – Yeni sədr təyin edildi

“FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinin sədri dəyişdirilib.

Banker.az xəbər verir ki, BOKT-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Hacıyev Rəfail Qiyas oğlu İdarə Heyətinin sədri təyin edilib.

Buna qədər bu vəzifədə Məmmədova Leyli Calal qızı çalışırdı.

Hazırda İdarə Heyətinin digər üzvləri rəsmi olaraq vakantdır.

Bundan öncə isə Azad Cəbrayılov Nəriman oğlu və Etibar İsrafilov Nizaməddin oğlu Müşahidə Şurasından ayrılmışdılar.

“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir.

Son xəbərlər
Digər xəbərlər