25 C
Baku
Monday, April 29, 2024

Kredit təşkilatları girov əmlaka görə əlavə vergi xərcindən azad olunur

Cari ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra kredit təşkilatlarına bır sıra vergi güzəştləri tətbiq edilib.

Kredit təşkilatlarına verilən yeni güzəştlər Vergi Məcəlləsinə əlavə edilən 199.20 və 207.12-ci maddələri ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 199.20 və 207.12 maddələrinə görə kredit təşkilatları kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara və əmlaka görə 2 il müddətinə vergidən azad edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 199.20.-ci maddəsinə əsasən kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

207.12-ci maddəsinə əsasən isə kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər