2022-ci ilin dekabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 36 milyard 250 milyon manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 25% azalıb.
Ötən ilin dekabr ayında cəmi depozit və əmanətlərin 11 milyard 743 milyon manatı ev təsərrüfatlarına, 2 milyard 482 milyon manatı maliyyə təşkilatlarına, 22 milyard 26 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.
Dekabr ayında cəmi depozit və əmanətlərin 17 milyard 546 milyon manatı və ya 48%-i xarici valyuta ilə yerləşdirilib.