-3 C
Baku
Sunday, December 15, 2024

Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin 57%-i xarici valyutadadır

2021-ci ilin fevral ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 23 milyard 489 milyon manat təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 446 milyon manat azalıb.

Cari ilin fevral ayında cəmi depozit və əmanətlərin 8 milyard 380 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 754 milyon manatı maliyyə təşkilatlarına, 13 milyard 355 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 314 milyon manat azalıb, maliyyə təşkilatlarına məxsus depozitlər 289 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 842 milyon manat azalıb.

Fevral ayında cəmi depozit və əmanətlərin 13 milyard 69 milyon manatı və ya 57%-i xarici valyuta ilə yerləşdirilib.

Ev təsərrüfatlarına məxsus 8 milyard 380 milyon manat əmanətin 4 milyard 201 milyon manatı, qeyri-maliyyə təşkilatlarının 13 milyard 355 milyon manat depozitinin 7 milyard 669 milyon manatı, maliyyə təşkilatlarının 1 milyard 754 milyon manat depozitinin isə 1 milyard 199 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər