13 C
Baku
Friday, April 19, 2024

Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin 58%-i xarici valyutadadır

2020-ci ilin sentyabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 22 milyard 495 milyon manat təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2019-cu ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 942 milyon manat azalıb.

Cari ilin sentyabr ayında cəmi depozit və əmanətlərin 7 milyard 834 milyon manatı ev təsərrüfatlarına, 2 milyard 19 milyon manatı maliyyə təşkilatlarına, 12 milyard 642 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 771 milyon manat azalıb, maliyyə təşkilatlarına məxsus depozitlər 335 milyon manat artıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 506 milyon manat azalıb.

Sentyabr ayında cəmi depozit və əmanətlərin 12 milyard 951 milyon manatı və ya 58%-i xarici valyuta ilə yerləşdirilib.

Ev təsərrüfatlarına məxsus 7 milyard 834 milyon manat əmanətin 4 milyard 221 milyon manatı, qeyri-maliyyə təşkilatlarının 12 milyard 642 milyon manat depozitinin 7 milyard 361 milyon manatı,  maliyyə təşkilatlarının 2 milyard 19 milyon manat depozitinin isə 1 milyard 369 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər