2 C
Baku
Sunday, February 25, 2024

“Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı və Bərdə filialı)” — Bank Respublika ASC

“Bank Respublika” ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı və Bərdə filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 Bank proqramında CIF (Customer Information File) və hesab açmaq;

 Kredit, qarantiya və akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;

 Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;

 Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;

 Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

 

Namizədə qarşı tələblər:

 Ali təhsil (maliyyət təhsili arzu olunandır)

 İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi

 Azərbaycan dili- əla (yazılı və şifahi ), İngilis dili- əla (yazılı və şifahi ); Rus dili- yaxşı

 Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),

 Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;

 Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

 Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

 Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

 

Sizə nə təklif edirik?

 Əlverişli iş mühitində çalışmaq imkanı;

 Karyera və inkişaf perspektivləri.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

 Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;

 Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Son xəbərlər
Digər xəbərlər