“Bank Respublika” ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı və Bərdə filialı)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
Bank proqramında CIF (Customer Information File) və hesab açmaq;
Kredit, qarantiya və akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyət təhsili arzu olunandır)
İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi
Azərbaycan dili- əla (yazılı və şifahi ), İngilis dili- əla (yazılı və şifahi ); Rus dili- yaxşı
Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
Əlverişli iş mühitində çalışmaq imkanı;
Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.