-3 C
Baku
Sunday, December 15, 2024

Kredit üzrə mütəxəssis – Caspian Development Bank

İşçinin vəzifələri:

  • Xidmət olunan və yeni müraciət etmiş potensial borcalanlara bankın kredit məhsullarının bilavasitə (iri korporativ borcalanlar istisna olmaqla) satışını həyata keçirir;
  • Xidmət olunan və yeni müraciət etmiş potensial borcalanların kredit sifarişlərini qiymətləndirmək, departamentə verilmiş limitlərdən asılı olaraq bankdaxili qaydalara uyğun olaraq Bankın Kredit Departamentinə və yaxud MXD-nin kredit komissiyasına (Kiçik Komitə) təqdim edir;
  • Müvafiq idarəetmə orqanının qərarı əsasında kreditlərin verilməsini rəsmiləşdirir, onların idarə olunmasını, o cümlədən monitorinqini həyata keçirir;
  • Kreditləşmə ilə əlaqədar mövcud və ya ola biləcək risklər barədə müvafiq idarəetmə orqanlarını məlumatlandırır;
  • Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslərlə aparılan əməliyyatlar haqqında məlumatın uçotunu Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-hüquqi aktlarına uyğun olaraq aparır;
  • Borcalanlar haqqında Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumat alır və əldə olunmuş məlumatları Bankda kredit risklərini azaltmaq məqsədilə istifadə edir;
  • Bankın kredit məhsulları haqqında müştəriləri və ya potensial müştəriləri məlumatlandırır, onların istəyinə uyğun yeni fəaliyyət növlərinin göstərilməsi ilə əlaqədar Bankın İdarə Heyətinə təkliflər hazırlayır və digər müvafiq işləri yerinə yetirir;
  • Verilmiş kreditlərə görə faizləri və komisyon haqlarını təyinatı üzrə tutur və bank proqramında onların düzgün hesablanmasını mütəmadi olaraq yoxlayır;
  • Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan və/və ya lazımi informasiyaları təqdim edir;
  • Departament direktoru tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir.

Təhsil: İqtisadi və ya biznes təhsilinin olması

Bilik:

  • Kompyuter bilikləri, Dil bilikləri (Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili orta səviyyədə)
  • Öz iş çərçivəsində qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarin bilməsi

Bacarıq: 

  • Kommunikabellik
  • Vahid komandada işləmək bacarığı
  • Müştərilərə yuksək saviyyədə peşəkər  xidmət göstərmək bacarığı
  • Təcrübə: Müvafiq sahədə azı 1 il iş təcrübəsi

İş üçün müraciət anketinizi [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.
Müraciət anketində namizəd barədə ətraflı və dəqiq məlumatlar qeyd edilməli, anketdə namizədin fotoşəkili olmalıdır.

Son xəbərlər
Digər xəbərlər