12 C
Baku
Sunday, October 27, 2024

Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / mütəxəssis – Expressbank ASC

Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / mütəxəssis

Tələblər:
– Ali iqtisadi və ya riyazi təhsil;
– Müvafiq sahə üzrə 1-1,5 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır)
– Kompyuter proqramları üzrə biliklər;
– Analitik düşüncə;
– Bank əməliyyatları barədə ümumi biliklər;
– Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ hüquqi sənədləri haqqında biliklər;
– SQL proqramı üzrə biliklər;
– Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:
– Kredit risklərinin idarə edilməsi üzrə qaydaların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təkliflərin verilməsi;
– Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
– Bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların yaradılması prosesində iştirak;
– İlkin xəbərdarlıq sisteminin qurulmasında iştirak;
– Departamentlə əlaqəli digər struktur bölmələrin sorğularının cavablandırılması və zəruri məlumat və arayışların verilməsi;
– Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların hazırlanması.

Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri;

[email protected]

Son xəbərlər
Digər xəbərlər