2021-ci ilin fevral ayında Azərbaycanda kredit və debet kartları ilə 2.595 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin fevral ayında aparılan əməliyyatların həcmi 2 216 mlrd manat, bu ilin yanvarında isə 2 237 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 17% artım, aylıq müqayisədə 16% artım deməkdir.
Debet kartları ilə isə fevralda 2 437 mlrd. manatlıq əməliyyatlar aparılıb. Yanvarda debet kartları ilə aparılan əməliyyatların həcmi 2 087 mlrd. manat olub. Belə ki, fevralda debet kartları ilə aparılan əməliyyatların həcmi 17% artıb.
Bu ilin fevralında kredit kartları ilə 157 mln. manatlıq əməliyyatlar həyata keçirilib ki, bu da yanvar ayına nisbətən 5% çoxdur.