7 C
Baku
Sunday, December 15, 2024

Kredit Verilməsi və Monitorinqi Departamenti Menecer/ menecer müavini/ baş mütəxəssis ( Ziraat Bank Azərbaycan)

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil;
  • Cinsiyyəti – kişi
  • Yaşı – 21-30 arası
  • Minimum 1 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq, təhkim olunmuş müştərilər haqqında daim məlumatlı olmaq;
  • Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır;
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • Ünsiyyət yaratmaq bacarığı;

İŞÇININ VƏZIFƏSI:

  • Cəmi öhdədlikləri 100 000 AZN-dan çox olan kredit müraciətlərinin təhlil edilməsi və onlara dair rəylərin hazırlanması və Bankın Kredit Komitəsində layihənin rəyə uyğun olaraq təqdim edilməsi;
  • Təhlil etmə prosesi çərcivəsində filiallardan daxil olan kredit təhlillərinin yoxlanılması, tələb olunduqda müştərilərin biznes yerlərinə baxışların keçirilməsi, biznes fəaliyyəti ilə bağlı şərhdə, maliyyə hesabatlarının qurulmasında çarpaz yoxlamalar aparılmaqla çatışmamazlıqların aradan qaldırılması həyata keçirilir;
  • Kreditin məqsədəuyğunluğunun, borcalanın ödəmə qabiliyyətinin və effektivliyinin müəyyən edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Verilməsi və Monitorinqi” qeyd etməyiniz vacibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər