32 C
Baku
Sunday, July 20, 2025

Kredit yarmarkalarında fermer və sahibkarlıq subyektlərinə 1 milyon manata yaxın kredit ayrılıb

Aqrar Biznes Festivalları çərçivəsində cari il ərzində 7 “Kredit Yarmarkası” təşkil edilib. Yarmarkalarda dövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredit təşkilatlarının, eləcə də fermer və sahibkarların fəal iştirakı təmin olunub.

2025-ci ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalar çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən fermer və sahibkarlıq subyektlərinə ümumilikdə 965 500 manat dəyərində kredit verilib.

Kredit yarmarkasının əsas məqsədi regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini, məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilə təmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir.

 

Son xəbərlər
Digər xəbərlər