13 C
Baku
Friday, November 22, 2024

Kredit yükünü düzgün necə hesablamaq olar?

Hamıya bəllidir ki, kredit –maliyyə probleminin həll edilməsinin heç də ən yaxşı versiyası deyil. Amma siz mütləq hər hansı bir ödənişi etməli və ya hər hansı bir əşyanı almalısınızsa, öz vəsaitləriniz isə kifayət etmirsə, onda bunsuz keçmək mümkün olmayacaq. 

Almaq istədiyiniz nə qədər baha olsa, kreditin məbləği də bir o qədər çox olacaq, bu isə o deməkdir ki, sizin çiyinləriniz üzərinə daha ağır kredit yükü düşəcək. Öz qüvvələrini necə düzgün qiymətləndirmək olar ki, alış-veriş sizə sevinc gətirsin və kredit isə boynunuzdan bir ağır yük kimi asılmasın.
Düzgün kredit seçimi etmək üçün, sizə zəruri olan informasiya ilə tanış olun.

Annuitet

Kreditlər adətən iki üsulla ödənilir: bərabər hissələrlə  (annuitet) və ya azalan balans. Birinci halda aylıq ödənişlərin məbləği bərabər olur. Siz hər ay eyni miqdarda məbləği kreditə köçürürsünüz. İkinci halda isə birinci ödəniş maksimal olur, zaman keçdikcə isə aylıq ödənişlərin miqdarı azalır.

Belə hesab olunur ki, kreditə görə aylıq  ödənişin optimal miqdarı sizin aylıq gəlirinizin 30%-ni keçməli deyil. Əlbəttə əgər kredit qısamüddətlidirsə, bu rəqəmi bir az artıraraq və «öz kəmərini sıxaraq», bir az digər xərcləri azaltmaq olar. Amma əvəzində siz kreditə görə daha çox ödəmiş olmayacaqsınız, çünki daha uzun müddətə görə daha böyük faizlər ödəmək tələb olunur.

Hansı məbləğə ümid etmək olar?

İndi isə gəlin orta statistik Azərbaycanlının hansı məbləğdə kredit almaq şanslarının olduğunu hesablamağa çalışaq.

Məsələn 2012-ci ildə Azərbaycanda aylıq nominal əməkhaqqının 432 manat olacağı ehtimal edilir. Belə  təsəvvür edək ki, belə bir əməkhaqqı alan şəxs Samsung i9300 Galaxy S III (699 AZN) almaq istəyir. Bu onun ilk kreditidir və təqribən istehlak kreditlərinin ölkəmizdə nominal faiz dərəcəsi 30%-dir.

Krediditin optimal ödənilməsi dövrünün hesablamaq üçün aşağıdakı düsturdan istifadə edə bilərik. dus10 İndi rəqəmləri yerinə yazaq:

dus15Deməli aylıq ödəniş 112 AZN olarsa,  siz bu  krediti 6-7 ay arasında rahatlıqla ödəyə bilərsiniz. Kreditlərin 7 aya verilmədiyini nəzərə alaraq, 6 aylıq annuiteti hesablayaq.

Bu zaman sizin aylıq olaraq ödəyəcəyiniz məbləğ  127,08 AZN (7 ay olarsa, 110,25 AZN) olacaq.

Azalan kredit cədvəli üzrə

Aylar

Əsas məbləğ

Faiz

Aylıq ödəniş

1

100

17,5

117,5

2

100

15

115

2

100

12,5

112,5

4

100

10

110

6

100

7,5

107,5

6

100

5

105

7

100

2,5

102,5

Cəm

700

70

770

Belə hesablama texnologiyasından istifadə edərək, siz adət etdiyiniz həyat tərzində nəzərə çarpacaq dəyişikliklər olmadan, kreditlərdən istifadə edə biləcəksiniz. Həmçinin müəyyən bir alqı həyata keçirmək istəyəndə, onun dəyərini həqiqətən ödəyə biləcəyinizi və ya onun təxirə salmalı olduğunuzu hesablaya biləcəksiniz.

Vacibdir!

Sizi kreditin bağlanması üçün müəyyən ehtiyat ayırmağı məsləhət görürük. Məsələn əgər gözlənilmədən siz  işsiz qalsanız və ya ehtimal etmədiniyiniz xərclər ilə üzləşsəniz, belə ehtiyatlı davranış sizə problemsiz şəkildə borclarınızı qaytarmağa və işləriniiz yoluna qoymağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər