28 C
Baku
Saturday, July 27, 2024

Kreditdə gecikmə yaranarsa nə etməli?

Fiziki şəxslər kimi, hüquqi şəxslərdə kreditin ödənilməsi zamanı maliyyə problemləri və yaxud bank faizləri ilə üzləşə bilərlər. Borcalanların tez-tez üzləşdiyi bu hallar kreditdə gecikmə halları adlanır. Bu halda tək borcalan deyil, bankın özü də çətin vəziyyətdə qalır. Borcalanı bu vəziyyətə salan səbəblərə xəstəlik, işdən azad olma, bankın yüksək faiz dərəcəsi və s. aiddir. Kredit müqaviləsi imzalanan vaxt əminliklə kreditin zamanında ödəniləcəyinə dair təminat vermək çox çətindir.

Yaranmış vəziyyətdə yadda saxlamaq lazımdır ki, hər nə olursa olsun bankla münasibəti pozmaq lazım deyil. Bu gələcəkdə sizə böyük miqdarda cərimədən qurtulmağa kömək edəcək. Bir şeyi də yadda saxlamaq lazımdır ki, qaydalara əsasən banklar arasında borcalanların borc mövcudluğu barədə məlumat mübadiləsi var. Buna görə də bankla mövcud münasibətləri qorumaqla öz kredit tarixçənizi də qorumuş olursunuz.

Borcalan gələcəkdə kreditdə gecikmə hallarını yarada biləcək problemləri əvvəlcədən bilməlidir. Yaxşı olardı ki, bu haqda bank da məlumatlandırılsın. Lakin bir çox hallarda borcalan bunun əksinə olaraq bankın zəngini gözləyir və özünü təmizə çıxarmağın yolları barədə düşünür. Bunu etmək əvəzinə banka gedərək yaranmış problem barədə ərizə yazmaq və kreditə görə növbəti ödənişi təxirə salmağı xahiş etməkdir.

Çox nadir hallarda banklar buna rədd cavabı verir və adətən onlar kreditə görə növbəti ödənişi bir neçə müddətlik təxirə salırlar. Bu kreditə görə gecikmə hallarından qaçmağa kömək edir. Borcalanın öz problemi barədə bankı məlumatlandırmaması onda kreditə görə gecikmə yaradır. Bu zaman isə borcalan kreditə görə bank faizlərini ödəməkdən qaça bilməyəcək. Borcalan üç aydan artıq bir müddətdə ödəniş etmədiyi təqdirdə bank müqaviləni ləğv etmək hüququna malikdir.

Kredit müqaviləsinin ləğv edilməsi bir qaydada aparılır. Kreditin erkən ödənməsi üçün bank kifayət qədər az vaxt verir. Əgər borcalan kreditdə gecikmə halının olduğunu bil-bilə bankla əməkdaşlıqdan qaçırsa, bank onu məhkəməyə vermək hüququna malikdir. Qaydalara əsasən, belə hallarda hər zaman banklar qalib gəlir. Bu halda da borcalan bir çox bankların “qara siyahısına” düşəcək və təəccüblü olmayacaq ki, bundan sonra ona heç bir bank kredit verməyəcək. Çünki onun kredit tarixçəsi pozulmuş olacaq. Qeyd etmək lazımdır ki, kredit ödənişinin gecikdirilməsinin ilk beş günündə cərimə hesab olunmur. Lakin artıq 6-cı gün bankdan zəng edərək sizi ödənişlə bağlı xəbərdarlıq edə bilərlər.

Bundan sonra, kredit müqaviləsi imzaladığınız vaxt gələcəkdə belə problemlərlə üzləşməmək üçün onun mətnini diqqətlə oxuyun.

Son xəbərlər
Digər xəbərlər