25 C
Baku
Saturday, April 20, 2024

Krediti məhkəmə vasitəsi ilə necə qaytarmaq olar?

Bankdan aldığınız kredit borcunu vaxtlı-vaxtında geri ödəməniz çox vacibdir. Belə ki, ödəmədiyiniz təqdirdə sizə gecikməyə görə cərimə hesablana, girov və zaminlə bağlı müxtəlif problemlər ortaya çıxa bilər. Eyni zamanda əgər banka borcunuzu vaxtlı-vaxtında geri ödəmirsinizsə, bank sizə ilk olaraq xəbərdarlıq addımı atır, sizi gecikmə barədə xəbardar edir. Təbii ki, ilk mərhələlərdə bank sizinlə bu problemi məhkəmədən kənar həll etməyə çalışacaq. Bunun əsas səbəbi isə yaranmış problemin məhkəmə vasitəsiylə həlli uzun olduğu kimi kifayət qədər maliyyə vəsaiti tələb edən prosesdir.

Ən əsası isə budur ki, heç bir bank üçün müştərini məhkəmə situasiyası ilə üz-üzə qoymaq xoş deyil. Onsuzda müştəri bazası qazanmaq üçün bank kifayət qədər vaxt və maliyyə xərcləyir. Məhkəmələr vasitəsi ilə krediti qaytarmaq eyni zamanda bankın imicinə də xələl gətirən amillər sırasındandır. Ancaq bütün bunlara baxmayaraq yenə də siz bank tərəfindən gecikmə barədə məlumatlandırıldığınız halda borcunuzu ödəməkdən yenə də imtina etsəniz, bu zaman artıq bank da sərt addımlar atmağa başlayır ki, məhkəməyə müraciət olunur. Artıq bu mərhələdə bank məhkəmə vasitəsi ilə öz hüquqlarının müdafiəsinə qalxır.

Bəs bu proses necə davam edir? Bankın heç bir xəbardarlığına cavab verməyən sizdən bank kreditin məhkəmə yolu ilə qaytarılması üçün işə başlayır. İlk öncə bank məsələ ilə bağlı iddiaçı qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edir və ödənilməmiş pulun cavabdehdən yəni sizdən alınmasını məhkəmədən tələb edir. Məhkəmə iddiaçının ərizəsini qəbul etdikdən sonra iş üzrə məhkəmə prosesi başlayır.

Məhkəmə prosesi hazırlıq və işə mahiyyəti üzrə baxılmasından ibarətdir. Hazırlıq prossesində məhkəmə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir.

Məhkəmədə 2-ci mərhələ isə işə mahiyyəti üzrə baxılmadır. Bu mərhələnin sonunda Azərbaycan Respublikası adından Qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Misal olaraq, siz banka kredit borcunuzu gecikdirmisiniz ancaq bankın sizə göndərdiyi xəbarlıqlara cavab olaraq banka maliyyə vəziyyətinizin yaxşı olmadığını və bir müddət borcunuzu gecikdirəcəyinizi bildirirsiniz. Bu halda bank məhkəməyə müraciət etməyə bilər. Ancaq əgər bank tərəfdən məhkəməyə müraciət olunsa dərhal məhkəmə vaxtı, yeri, idda və s. barədə sizə məlumat göndəriləcək. Bu məqamda sizin vəkilə ehtiyacınız olacaq.

Məhkəmənin işinizə baxılacaq və 2-ci mərhələdə qətnamə qəbul ediləcək. 1 ay ərzində məhkəmə məsələn sizi təqsirkar bilsə təkrar müraciət edib şikayətinizi bildirə bilərsiniz. Yox əgər 1 aydan sonra müraciət etsəniz onsuzda nəzərdə tutulmayacaq. Çünki 1 ay ərzində qətnamə qanuni qüvvəyə minəcək. Bankın sizdən məhkəmə vasitəsiylə kredit borcunuzu alması nəinki bankın sımasına xələl gətirər, eyni zamanda sizə daha çox zərər yetirəcək. Bununsa əsas səbəbi növbəti dəfə hansısa banka kredit üçün müraciət etdiyiniz zaman məhkəmə prosesi ucbatından bank sizə kredit verməkdən imtina etsə heç də haqsız olmaz. Eyni zamanda artıq siz korlanmış kredit tarixçəli müştərilər sırasına daxil olacaqsınız ki, bu vəziyyəti düzəltmək hec də asand olmayacaq.

Qısası, banka əgər kredit borcunuz varsa və məhkəmə yolu ilə bank krediti sizdən alsa bu zaman bankdan daha çox siz itirəcəksiniz bunu nəzərə alın.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər