Bir çox borcalanlar maliyyə problemi ilə üzləşdikdə atdıqları ilk addım kredit ödənişlərini həyata keçirməkdən yayınmaqdır. Bu isə onların düşündüyü kimi vəziyyətdən çıxış yolu olmamaqla yanaşı, yaranmış çətinliyi ikiqat artırmaqdır. Bəs kredit üzrə ödənişləri ödəmədikdə nə baş verə bilər?
Kreditlər üzrə ödəniş etmək üçün təyin edilmiş gün bitdikdə, hesaba isə lazımi məbləğ daxil olmadıqda bank müştəriyə texniki problem və yaxud hər hansı gecikmələri nəzərə alaraq bir neçə gün möhlət verir. Daha doğrusu müştərinin xəbəri olmadan yaranan texniki səbəblərə görə müştərini narahat etmir.
Kredit üzrə ödənişlər möhlət verilən həmin bir neçə gündən sonra hesaba daxil olmadıqda borcalan gecikməsi olan müştərilər bazasına daxil edilir. Əgər bu sizin ilk gecikmənizdirsə bank işçisi həftə ərzində sizinlə əlaqə saxlayaraq sizdən gecikmənin səbəbini öyrənmək istəyəcək. Hələ ki, xoş niyyətli borcalan hesab edilirsiniz və sizə imkanlarınız daxilində vəsaiti tapmaq və aylıq krediti ödəmək “məsləhət” görüləcək.
Yox əgər artıq 3 aydır ki, ödənişləri həyata keçirmirsinizsə problemli müştərilər siyahısına daxil edilirsiniz. Artıq burada sizinlə problemli müştərilərlə işləyən mütəxəssislər məşğul olacaq. Əgər siz onlarla danışıqda iştirak etmirsinizsə sizi fırıldaqçılıqda şübhəli bilə və tezliklə axtarışa başlaya bilərlər. Yox əgər onlarla danışıqda iştirak etsəniz bankın sizi məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıq edəcəklər. Yox əgər ödəniş etmədiyiniz ayların sayı artıq 6-ya çatıbsa sizinlə artıq Hard collection əməkdaşalrı məşğul olacaqlar.
Yox əgər hələ də təslim olmamısınızsa sizi son olaraq məhkəmə prosesi gözləyir. Məhkəmədə bank qalib gəldiyi təqdirdə isə sizi əmlakın müsadirəsi problemi gözləyir. Bütün bunlarla üzləşməmək üçün maliyyə çətinliyi yaşadığınız an ilk olaraq kredit öhdəliyiniz barədə düşünün.
Comments are closed.