7 C
Baku
Thursday, December 12, 2024

Krediti ödəməyəndə bu baş verir

Bankdan götürdüyümüz krediti geri ödəyə bilmədikdə bizi nə gözləyir?

Bu suala aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Rəşad Həsənov “Xəbərçi”nin qonağı olub.
Rəşad Həsənov məsələ ilə bağlı öncə onu qeyd edib ki, əgər iqtisadi durğunluq hiss olunursa və müştəri borcunu ödəyə bilmirsə, bu zaman banklarında üzərinə böyük məsuliyyət düşür. Bunun üçündə banklar kredit götürən müştərisi üçün uyğun şərait yaratmalıdır:

“Uyğunluq hamıya eyni cür təşkil olunmamalıdır. Hər kəsin sosial vəziyyətinə uyğun olaraq, müxtəlif proqramlar hazırlanmalıdır. Çünki, heç bir dövr davamlı deyil. Hazır ki, vəziyyətdə bankalar çalışmalıdır ki, öz müştərilərini əllərində saxlasın. Gələcəkdə vəziyyət normallaşanda da bu banka üz tutsunlar”.

Bankların isə əvvəldən manatla götürülən kreditin sonradan dollara çevirməyə heç bir hüquqi haqqı yoxdur. Çünki, kredit götürüləndə müqavilədə hansı məzənnə ilə hesablanıbsa, axıra qədər də onunla ödənməlidir.

Krediti geri qaytara bilməyən şəxslərlə bağlı isə ekspertin fikirləri belə oldu:

“Bank işçisi müştərisi ilə şəxsi ünsiyyətdə olmalıdır və onu dinləməlidir. O müəyyən etməlidir ki, bu şəxsin pulu yoxdur krediti ödəyə bilmir, yoxsa pulu var amma özü ödəmək istəmir? Əgər şəxs özü krediti ödəmək istəmirsə, onda hüquqi yollardan istifadə etmək olar. Yox əgər imkanı yoxdursa, onda uyğun yol seçilməlidir, hədə-qorxu gəlməməlidir. Bank nümaəndəsi müştəriyə zəng vuraraq, gecikmiş krediti ödəməyi xatırlada bilər. Hazırda isə bu məsələləri məhkəmə yolu ilə həll etmək mümkündür”.

Ekpert onu da əlavə etdi ki, qanunun qəbulu olmadan krediti olan şəxslərin sərhəddən geri qaytarılması da düzgün hal deyil.

Son xəbərlər
Digər xəbərlər