11 C
Baku
Tuesday, November 26, 2024

Kreditin gecikdirilməsinə görə yenilik – QANUN dəyişir

Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər