13 C
Baku
Friday, November 22, 2024

Kreditin prolongasiyası nə deməkdir?

Bir çoxları yaranmış maliyyə problemlərini həll etmək üçün banklara, kredit üçün müraciət edirlər. Kreditlər ani yaranmış problemləri həll etmək və vacib ödənişləri etmək imkanı yaradır. Lakin tez bir zamanda krediti banka geri ödəyəcəyimiz vaxt gəlib çatır. Və bu zaman borcalan borcun ödənilməsi zamanı kreditor qarşısında çətinliklə üzləşir. Vicdanlı vətəndaşlar öz öhdəliklərinə məsuliyyətlə yanaşırlar. Bu səbəbdən də banklar belə müştərilərə güzəştə getməyə razıdırlar. Güzəştə getməyin bir yolu da kreditin prolongasiyası, yəni müddətinin uzadılmasıdır.

Bəs kreditin prolongasiyası nə deməkdir?

Termin ingilis “long” (“uzun”) sözündən əmələ gəlib və kredit borcunun ödənilmə müddətinin uzadılması deməkdir. Borcalanın maliyyə problemləri yaşadığı bir vaxtda banklar ona güzəştə getməyə razı olur və krediti prolongasiya edir. Adətən bu cür tədbirlər iri həcmli kreditləşmələr zamanı edilir, məsələn, ipoteka krediti zamanı. İstənilən anda kreditin müddətinin uzadılmasına nail olmaq üçün müştəri özünü ən yaxşı tərəfdən göstərməli və özünün kredit ödəyə bilməmək qabiliyyətini sənədli şəkildə sübut etməlidir.

Kredit müddəti necə uzadılır?

Kreditin müddətinin uzadılması borcalanın vəziyyətinin fərdi şəkildə yoxlanılmasından sonra həyata keçirilir. Bank qərar qəbul etməmişdən öncə borcalanın nə qədər çətin vəziyyətdə olduğunu araşdırır. Bəzi borcalanlar gələcək nəticələri düşünmədən üzərlərinə ciddi öhdəliklər qəbul edirlər.

Kreditin müddətinin uzadılması üçün banka ərizə ilə çıxış etmək, buraya şəxsiyyəti təqdim edən sənədi və gəlirlər haqqında arayışı daxil etmək lazımdır. Bank bir neçə gün ərzində ərizəni nəzərdən keçirir və öz qərarını verir. Araşdırma müsbət nəticə verərsə borcalan ilə razılığa gəlinir.

Son xəbərlər
Digər xəbərlər