Kreditin qaytarılmaması riskindən sığorta

Risk səviyyəsi kredit məhsullarının təqdim olunması şərtlərinə təsir göstərir. Verilmiş vəsaitlərin qaytarılması ilə bağlı əlavə qarantiya borcun (ssudanın) maliyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu günə qədər həmin elementlər rolunda girov və zaminlər çıxış edib. Bu günlərdə isə yeni bir forma- kreditin qaytarılmaması riskindən sığorta anlayışı daha çox məşhurlaşır.

Güvənlilik baxımından nə girov, nə də ki, zaminlik yüz faizlik qarantiya hesab oluna bilməzlər. Ssudanın problemli likvidlər kateqoriyasına daxil edilməsi müddətinə qədər girovun dəyəri nəzərə çarpacaq qədər dəyişə bilər, həmçinin zaminin ödəmə qabiliyyətini həmişə eyni səviyyədə saxlayacağına heç kəs zəmanət vermir. Riskin sığortalanması kreditin qaytarılmasına zəmanət verir və bankın müştəri ilə münasibətdə loyallığını artırır, hətta müştərinin lazımı təminatı olmadığı hallarda belə.

Sığortanın rəsmiləşdirilməsinin formal inisiatoru (təşəbbüskarı) rolunda bank çıxış edir. Digər tərəfdən borcalan sadə statist rolunda çıxış etmir, razılığın imzalanması anından o, sığorta ödənişlərinin həyata keçirilməsi və sığorta hadisəsinin baş verməsi ilə bağlı bütün nüansları idarə edir. Belə ki, sığorta üzrə ödənişləri məhz müştəri, yəni borcalan həyata keçirir.

Sığortanın rəsmilləşdirilməsi zamanı adətən kreditin alınması üçün lazım olan sənədlər tələb olunur. Bəzi hallarda sığorta şirkətləri sözügedən məsələ ilə bağlı əlavə sənədlər tələb edirlər. Əgər kredit təminatla verilirsə, girovun dəyəri sığorta müqaviləsində franşiza kimi əks olunacaq. Həmin məbləğə sığorta ödənişləri və sığorta ilə bağlı digər daxil olmalar şamil edilmir.

Kredit üzrə adi sığorta polisi borcalan tərəfindən “canlı” pulların əldə edilməsini nəzərdə tutmur. Sığorta hadisəsinin baş verməsi halında (kreditin qaytarılmaması) bütün vəsaitlər borcun ödənilməsinə yönəlir. Kredit müqaviləsinin şərlərinin yerini yetirilməməsi rəsmi, sənədli şəkildə təsdiq olunmalıdır. Bundan əlavə sığortaçılar, öz haqlarından istifadə edərək mütləq şəkildə kreditin təyinatı üzrə istifadə edilib-edilmədiyini öyrənməyə çalışacaqlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.