Kreditin yenidən maliyyələşməsi – faktiki olaraq, yeni borcun rəsmiləşdirilməsi deməkdir. Amma bu dəfə müştəri artıq mövcud olan borcunun ödənilməsi üçün daha sərfəli şərtlər ilə borc əldə edir. Bu proseduraya borcalanlar o zaman müraciət edirlər ki, bank müəssisələrinin bugünkü bazarda təqdim etdiyi təkliflərin fonunda cari kredit üzrə şərtlər onlar üçün əlverişli görünmür. Yenidən maliyyələşmə dedikdə bəzən uzunmüddətli kreditlər nəzərdə tutulur ki, bu zaman faiz dərəcəsinin azacıq olsa da dəyişməsi sanballı məbləğə qənaət etməyə imkan verir.
Bəs bütün bunlar nədən ötrü lazımdır?
Borcalanlar o zaman yenidən maliyyələşmə variantları axtarmağa başlayır ki, götürmüş olduqları kreditin şərtlərinin onlar üçün həddindən artıq sərt olduğunu dərk edirlər. Məsələn əgər siz böhran illərində ipoteka kreditini illik 12%-lə götürmüsünüzsə, hal-hazırda isə bank təşkilatları elə həmin cür kreditləri 9-12%-lə verirsə, yenidən maliyyələşmə haqqında düşünməyə dəyər. Əgər məbləği hesablasaq, onda sözü gedən bu 2-3% borcalanın il ərzində öz maddi vəsaitlərini əhəmiyyətli dərəcədə qənaət etmək imkanı bəxş edəcək. Carı kredit üzrə ödənişlərin edilməsi üçün sadəcə pulun çatışmadığı zamanlarda da kreditin yenidən maliyyələşməsi üçün müraciətlərin edilməsi heç də nadir hal hesab olunmur. Bank isə kredit qrafikini yenidən tərtib etməkdən imtina edir.
«Dəyişiklik» şərtləri
Diqqət yetirmək lazımdır ki, kreditlərin yenidən maliyyələşməsi ilə bağlı xüsusi bu tipdə mövcud olan proqram növləri banklar tərəfindən elə də çox təklif olunmur. Məsələ ondadır ki, banklar bu tip əməliyyatları riskli əməliyyatlar kateqoriyasına aid edir. Bundan əlavə Mərəzi Bank yenidən maliyyələşmə krediti təklif edən bankların həmin kreditlər ilə bağlı xüsusi ehtiyatlar ayırmağa məcbur edir, xüsusi ehtiyat fondlar yaratmağı təklif edir, amma bunun yaradılması heç də bütün bankların yol verə biləcəyi bir xərc deyil.
Bütün bunlardan çıxış edərək onu demək olar ki, yenidən maliyyələşmə üçün müraciət edəcəyiniz bankı ən çox maraqlandıran amil sizin indiyə qədər formalaşdırmış olduğunuz kredit tarixçəsidir. Yenidən maliyyələşdirməni rəsmiləşdirmək üçün kredit götürməkdən ötrü lazım olan standart sənədlər siyahısından əlavə, sizə cari kredit üzrə müqavilə, həmçinin sizin aylıq ödənişləri gecikdirmədiyinizi sübut edən sənəd lazım olacaqdır.
Borcun yenidən maliyyələşməsi nəyi dəyişir?
Bir faktı da nəzərə almaq lazımdır ki, kreditin yenidən maliyyələşməsi heç də həmişə faiz dərəcələrini dəyişmək məqsədi ilə həyata keçirilmir. Adətən bu yola kreditləşmə müddətini artırmaq üçün yol atılır (bununla da aylıq ödənişlərin məbləğin azalır). Bundan əlavə bəzi hallarda bu xidmətdən borc götürülən məbləği artırmaq məqsədi ilə istifadə edirlər. Bu variant daha çox ipoteka kreditlərinə uyğun gəlir. Bu zaman borcun müəyyən həcmi ödəndikdən sonra, girovun qiymətləndirmə dəyəri ilə qalan borc arasında fərq çoxalır. Bu zaman borcalan yeni çox da böyük həcmdə olmayan məbləği bankdan borc götürmək istədikdə, bunun üçün ayrıca kredit rəsmiləşdirmir və əvvəlki ipoteka kreditini yenidən maliyyələşdirir. Mahiyyət etibarı ilə bu sadəcə kreditləşmə müddətinin uzaldılmasıdır.
Bu və ya digər formada, hər şey sizin qarşınıza qoyduğunuz məqsəddən asılıdır, kreditin yenidən maliyyələşməsi ilə bağlı müqavilə imzalamaqdan öncə, onun sizin üçün nə dərəcədə faydalı ola biləcəyini müəyyən etmək məqsədi ilə bir neçə dəfə hasablamalar aparın. Müqayisə üçün deyək ki, ipoteka kreditini yalnız o zaman yenidən maliyyələşdirməyə dəyər ki, ilkin faiz dərəcələri ilə hazırkı yenidən maliyyələşmə dərəcəsi arasında fərq ən azı 2% olsun. Çünki ipotekanın yenidən maliyyələşdirmə prosesi elə ipotekanın özünün rəsmiləşdirilməsi qədər də məsrəfli prosesdir –siz həm sığorta, həm də girovun qiymətləndirilməsi kimi bütün xərcləri təzədən qarşılamalı olacaqsınız.