13 C
Baku
Saturday, November 23, 2024

Kreditin yoxsa həyatın sığortası?

Banka kredit üçün müraciət edib və kredit əldə etdiyimiz zaman bankla yanaşı müştəri də kredit riski daşıyır.Kreditor isə hər zaman öz müştərisinə verdiyi kreditin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır, çünki o, da öz növbəsində hər zaman maliyyə çətinliyi ilə qarşılaşa bilər və bu hadisənin başına gəlməyəcəyinə dair tam təminat vermir. Kredit borcunun qaytarılmaması ilə bağlı riskin sığortalanması əslində hər iki tərəf həm bank, həm də krediti əldə edən şəxsin riskini azaldır. Sığorta isə təbii ki, öz növbəsində pulların banka qayıtmasına təminat verir.

Kredit əldə etdiyiniz zaman bank özü əməkdaşlıq etdiyi sığorta şirkəti ilə birlikdə sizin kreditinizi sığortalayır. Bu zaman sığortalanan tərəf həm bank, həm də siz olursunuz. Sığortalanan tərəf faktiki olaraq bank olur, belə ki, sığorta haqqını da məhz o, ödəyir. Sığortanın dəyəri isə sığortalanan məbləğin bir neçə faizinə çatır. Amma əgər kreditləşmə dövrü kifayət qədər uzun müddət olarsa, aylıq ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmır.

Sizə sığorta o zaman ucuz başa gələ bilər ki, sizin kreditinizin girov üzrə məbləği böyük olsun. Bundan əlavə, əgər kredit götürən şəxsin əlavə olaraq başqa bankda borcu yoxdursa, bu da sığortanın qiymətini aşağı sala bilər. Sığorta hadisəsi o zaman baş verir ki, müqavilə ilə müəyyən edilmiş zamanda və ya həcm də kredit ödənişləri həyata keçirilmir.  Bildiyiniz kimi kreditinizin sığortalanmasını bank əməkdaşlıq etdiyi sığorta şirkətinə etdirir.

Sığorta şirkəti kreditin təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququna malikdir. Əgər kredit əldə edən şəxs ondan asılı olmayan səbəblər və şərtlər üzündən krediti ödəmək iqtidarında deyilsə və kredit vəsaiti təyinatı üzrə istifadə olunubsa, sığorta kompaniyası sığorta hadisəsini rəsmən tanıyır və banka dəymiş zərəri ödəyir. Əks təqdirdə sığorta kompensasiyasının ödənişindən imtina edilə bilər.

Araşdırmamızın daha dəqiq aparılması üçün bir çox banklarla əlaqə saxladıq, əlaqə saxladığımız banklar isə bildirirlər ki, onlar yalnız bir və ya bir neçə sığorta şirkəti ilə əməkdaşlıq edirlər və müştəri kredit əldə etdiyi zaman da həmin sığorta şirkətinin tətbiq etdiyi şərtlər ilə kreditini sığortalamalıdır.

Zəng etdiyimiz sığorta şirkətləri isə qeyd edirlər ki, onların şirkətlərində sırf sığorta krediti yoxdur. Əgər siz kreditinizi sığortalatmaq istəsəniz sizin kreditiniz sığortalanacaq, ancaq bu sığorta növü həyat sığortası olacaq. Yəni kredit əldə etdiyiniz zaman kreditinizin məbləğində həyatınız sığortalanacaq.  

Əgər kredit əldə edən şəxsin ondan asılı olmayan səbəblər ona kredit borcunu geri ödəməyə mane olarsa və kredit vəsaiti təyinatı üzrə istifadə olunubsa, sığorta kompaniyası sığorta hadisəsini rəsmən tanıyır və banka dəymiş zərəri ödəyir və bu zaman nə bank nə də ki, kredit götürən şəxs pis vəziyyətə düşmür.

Əks təqdirdə sığorta kompensasiyasının ödənişindən imtina edilə bilər.  Əgər  kredit götürən şəxsin  maliyyə imkanları yaxşılaşarsa, o, vəsaitin bir hissəsini sığorta xaricinə çıxara bilər, bu da öz növbəsində aylıq ödənişlərin azalmasına gətirib çıxarır. Müəyyən şərtlər daxilində sığorta haqqının 50%-nin geri qaytarılması mümkün ola bilər. Lakin qeyd etdiyimiz nüanslar hələ ki, mümkün olmadığından problemli kreditlərin miqdarı artır.  Bu səbəbdən kreditlər üzrə tətbiq olunan faiz dərəcələri yüksək olaraq qalmaqdadır və bu da kreditlərin qaytarılmasında ciddi problemlər yaradıb.

Son xəbərlər
Digər xəbərlər