29 C
Baku
Thursday, June 30, 2022

Kreditlə torpaq satılır – İcazə var? – VİDEO

Artıq Bakıda “Kreditlə torpaq satılır” elanlarına rast gəlmək mümkündür. Ayrı-ayrı fiziki şəxslər tərəfindən yapışdırılan bu elanlar torpaq satışı ilə bağlı bəzi risklər yaradır. Belə ki, torpaq sahəsinin fərdi şəxs tərəfindən kreditlə satılması qanunda əks olunmayıb və bu, şəxsin aldadılması ilə nəticələnə bilər. Çünki kredit yalnız Mərkəzi Bankın lisensiyası olan banklar və qeyri-bank təşkilatları tərəfindən verilə bilər.

Lakin qanunvericik istənilən müqaviləni rəsmiləşdirməyə imkan verir. Mütəxəssislərə görə, bu cür hallarda torpaq sahibi alqı-satqını notarial qaydada həyata keçirməlidir. Notariusda bağlanan “Hissə-hissə” ödəniş müqaviləsi onu risklərdən sığortalayır.

Bundan sonra isə yenə notarial qaydada “Borcun etirafı” müqaviləsi bağlanılmalıdır. Hər iki müqaviləyə də tərəflərin istəyi ilə müddəalar əlavə oluna bilər. Müqavilədə şərtlər açıq-aydın vurğulanmalıdır. Tərəflər kredit bitənə qədər müqaviləni itirməməlidirlər. Müqavilə borcgötürən üzərində məsuliyyət yaratdığından ödəniş edilmədiyi təqdirdə məhkəmədə həlledici rol oynayacaq./day.az

Son xəbərlər
Oxşar xəbərlər