Kreditlər verilən zaman DTİ əmsalı hansı hallarda pozula bilər?  – YENI QAYDA

0

Məlumat verdiyimiz kimi, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın tətbiqi 29 May 2019 tarixindən qüvvəyə minir.

Bu qaydalara əsasən DTİ (BGN) əmsalında dəyişikliklər nəzərdə tutulmuşdur və qeyd olunan tarixdən bu əmsal 45% bərabər olacaqdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumat üçün bildirək ki, banklara həmçinin DTİ əmsalını pozmaq imkanıda yaradılacaqdır. Belə ki, aşağıda qeyd olunan istisna olmaqla, DTİ əmsalının pozulmasına görə banklar 25% həcmində ehtiyat yaratmalı olacaqlar.

5.2.4. aşağıdakı hallar istisna olmaqla, BGN əmsalı 45%-dən artıq olduqda (istehlak kreditləri üzrə BGN əmsalı bu Qaydalara 2 saylı Əlavədə göstərilən qaydada hesablanır):

5.2.4.1. xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (bundan sonra – KTN əmsalı) 90%-dən çox olmadıqda;

5.2.4.2. milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda;

5.2.4.3. milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda.