28 C
Baku
Saturday, July 27, 2024

Kreditlər yeni qaydada veriləcək – Mərkəzi Bankdan yeni qərar

Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edib.
Banker.az-ın məlumatına görə, dəyişiklik Mərkəzi Bankın banklara 360 günədək verdiyi yenidənmaliyyələşdirmə kreditləri və kreditlər üzrə təminata dair tələblərlə bağlıdır.
Qaydalara əsasən 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. İndiyə qədər 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri  dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar, kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı ilə təmin olunmalı idi. Dəyişikliyə əsasən siyahıya rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak da əlavə edilib. Eyni zamanda 20 milyon manatdan yuxarı məbləğdə 360 günədək yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul ediləcək.
Bu vaxta qədər isə yalnız 360 gündən yuxarı müddətə verilən yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilib.
Dəyişikliyə əsasən daşınmaz əmlakla bərabər artıq rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan daşınar əmlak da kreditlər üzrə təminata dair tələblər sırasına daxil edilib.
Son xəbərlər
Digər xəbərlər