5 C
Baku
Friday, February 23, 2024

Kreditlərlə bağlı kameral vergi yoxlaması qaydasında dəyişiklik edilib

Azərbaycanda şirkətlərin alınmış kreditlərin faizləri ilə bərabər onların müqavilədə göstərilən digər ödənişlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılmasına dair kameral yoxlanışlar olunacaq.

Banker.az xəbər verir bu barədə İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolunda bildirilir. Bunu nazir Mikayıl Cabbarov 10 oktyabr tarixində imzalayıb.

Bu həmçinin xüsusi rejimli müəssisələrə də aid edilir.

Digər dəyişikliyə əsasən, alınmış kreditlərə görə hesablanmış faizlərin və müqavilədə göstərilən digər ödənişlərin müqavilə şərtlərinə uyğunluğu və faizlərlə bağlı Vergi Məcəlləsinin 110-cu maddəsinin tələblərinin yerinə yetirilməsi də daxil edilib.

Maddə 110-cu maddəsi gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılmasına aiddir.

Son xəbərlər
Digər xəbərlər