“Amrahbank” ASC Risklərin İdarə Edilməsi Departamenti
Kreditlərə nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə
vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Filiallarda verilmiş kreditləri (biznes və istehlak) monitorinq etmək;
- Kredit portfelini hesabatlar əsasında təhlil etmək;
- Kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda kredit məhsulları üzrə bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda aparılmış monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Əsas tələblər:
- Ali təhsil (iqtisadi təhsili olanlara üstünlük verilir) ;
- Mikro, biznes və SME (KOB) kreditlərinin verilməsi üzrə minimum 2(iki) il bank təcrübəsi;
- Riyazi, məntiq, analitik qabiliyyət və işgüzar fəallıq;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
- Dəqiqlik və məqsədyönlülük;
- Microsoft office proqramları üzrə biliklər;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanının olması
Maraqlı olan şəxslər CV-lərini [email protected] ünvanına 31.10.2018-ci il tarixinədək göndərməyi xahiş olunur (iddia etdiyiniz vəzifəni qeyd etməyinizi xahiş edirik).