12 C
Baku
Monday, November 25, 2024

Kreditlər elektron arayışla olacaq

Unibank-ın xidmətlərindən təcili istifadə etmək istəyirsiniz, amma iş yerindən arayış almaq üçün gözləməyə zamanınız yoxdur? Narahat olmayın, artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank  “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Hansı imkanları əldə etmiş olursunuz?

  • Evinizdən, iş yerinizdən e-gov.az portalında qeydiyyatdan keçərək, kredit almaq üçün fərdi arayışınızı Unibank-a göndərə biləcəksiniz;
  • Qeydiyyat prosesini Unibank filiallarında həyata keçirərək yerindəcə kredit almaq fürsəti qazanırsınız;
  • Artıq qeydiyyatdan keçmişsinizsə və kod parola maliksinizsə, filiallarımızda əlavə vaxt itirmədən kredit müraciətinizə baxılması.

Elektron hökumət portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar.

reliz

Kod parolu necə almaq olar?

  • Elektron hökumət portalında (e-gov.az) qeydiyyatdan keçməklə;
  • paytaxtda və rayon mərkəzlərindəki bütün poçt şöbələrindən və digər qeydiyyat mərkəzlərindən;
  • Unibank filiallarından.

www.e-gov.az portalında qeydiyyatdan keçmək və fərdi arayışı formalaşdırmaq çox sadədir. Bunun üçün www.e-gov.az elektron hökumət portalına daxil olmaq, qeydiyyat prosedurunu tamamlamaq və “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə arayışı formalaşdırıb elektron şəkildə Unibank-a göndərmək kifayətdir.

Məlumat Hesablama Mərkəzi ilə Unibank arasında imzalanan müqavilənin şərtlərinə görə, bankın filiallarında da “Elektron hökumətin” qeydiyyat məntəqələri fəaliyyət göstərəcək. Bunun sayəsində kredit üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, kod parol olan zərfləri bank filiallarından əldə edə biləcəklər. Bank isə öz növbəsində vətəndaşın “Elektron Hökumət” portalındakı məlumatlarına əsasən, dərhal onun kreditlə bağlı müraciətini cavablandıracaq.

“Elektron hökumət” portalından qeydiyyatdan keçərkən rastlaşa biləcəyiniz sualların cavablandırılmasında bank əməkdaşları sizə yardımçı olacaqlar.

Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır.

Növbəti mərhələlərdə vətəndaşların portalın xidmətlərindən daha rahat istifadə edə bilmələri üçün Unibankın filiallarında terminalların da quraşdırılması nəzərdə tutulmuşdur.

Layihənin icrasına ilkin olaraq Unibank-ın Rəşid Behbudov, 55 ünvanındakı baş idarəsində başlanılır. Qısa müddətdə elektron arayışla kreditlərin verilməsi bankın bütün filiallarında mümkün olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank-hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər