9 C
Baku
Thursday, December 12, 2024

Kreditlər haqqında dörd xoşagəlməz həqiqət

Bəzən bütün işləri kənara qoyub bir dəqiqəliyə düşünməyə və həqiqətin gözlərinə baxmağa vaxt ayırmaq lazımdır—xüsusi ilə də əgər söhbət şəxsi maliyyədən gedirsə.

Şəxsi finanslar üzrə mütəxəssis Con Ultsxaymer özünün mint.com saytında banklar haqqında bəzi həqiqətləri bizimlə paylaşır. Bu həqiqətlərə real nəzərlərlə baxmaq çox faydalı ola bilər. 

1. Bank sizin dostunuz deyil və gözləməyin ki, o sizinlə dostcasına rəftar edəcək.

Bank of America (Amerika Bankı) üzümüzə gələn aprel ayından etibarən bu bankın kart sahiblərinin 5%-dən illik 59 dollar komisyon haqqı tutacağını bildirdi. Kart istifadəçilərinin emosional etirazı özünü büruzə verməkdə çox da ləngimədi:  «Bu hədəqədən çıxmaq deməkdi, bu qeyri qanunidir, bu əxlaqa ziddir!» mint.com-un oxucularından biri hətta bankirləri «acgöz» adlandırmışdı.    Lakin ildə 59 dollar —  gün ərzində 16 sent deməkdir. Bu bəzilərinin bir dəfəyə gözəllik salonunda bir saç düzümünə və ya bir dəfə bara getməklə xərclədiyi puldan,  restoranda bir nahar yeməyinin qiymətindən qat-qat aşağıdır. Amerikanların əksəriyyəti üçün 59 dollar — ümmanda bir damladır.

Lakin buna baxmayaraq amerikanların əksəriyyəti banklar ilə bağlı qeyri real gözləmələr etməyə və ya əbəs  yerə ümid bəsləməyə meyllidir. Gəlin belə yanaşaq, bunların hamısı kommersiya təşkilatlarıdır və mənfəət əldə etmək məqsədi ilə yaradılmışlar.  Mənfəət isə — istifadəçilərin pullarıdır. Sizin problemlər bankların heç vecinə də deyil, sizin özünüzə bəraət qazandırmaq cəhdləriniz onları heç maraqlandırmır da, onların vecinə də deyil ki, sizin itiniz çek kitabçanızı yeyib və s. Banklar istəyir ki, onlara pul ödənilsin, onlar hər dəfə daha çox pul qazanmaq niyyətindədir və bu pulların mənbəyi sizsiniz. Biz banklara öz dostumuz kimi, ya ailənin bir üzvü kimi yanaşmağı nə qədər tez tərgitə bilsək, bizim üçün bir o qədər yaxşıdır. Bank of Americanın müştərilərinə isə əgər komisyon haqları onları qane etmirsə, sadəcə bankı dəyişməyi məsləhət görmək olar.

2. Bank məhsulları içərisində ən düzgün seçimi etmək məhz sizin öhdənizə düşür.
Bir daha əmin olun ki, sizin seçdiyiniz bank məhsulu həqiqətən də dəyərlidir, çünki bu məhz sizin işinizdir. Özünüzə belə bir qayda seçin: HÖY (Hər şeyi Özün Yoxla). Məqalənin müəllifi elektron poçtla investisiyalara dair gizli tövsiyələr alır və sonda belə imza verilir: UÖG- bu isə əgər Uduzsan Özün Günahkarsan mənasını ifadə edir. Bu bank məhsulları ilə münasibətdə də ədalətli olardı.

Əgər yüksək faizlər sizi qane etmirsə — onda qabaqcadan ödənilən debit kartlarından imtina edin. Əgər illik xidmət haqqı sizin üçün problemdirsə, onda kredit kartı açmağa dəyməz, axı heç kəs zəmanət vermir ki, bu gün xidmət haqqına görə heç nə ödəməli olmadığınız kart, gələn ildə ödənişsiz olaraq qalacaqdır. Əgər hər dəfə bankomatdan nağd pul çıxaranda sizdən komisyon olaraq beş dollar tutulursa və bu sizi cin atına mindirirsə— onda bankomatdan istifadə etməyin. Nəhayət əgər faiz dərəcələri sizə görə çox yüksəkdirsə onda bərpa olunan kreditlərdən istifadə etməyin.

3. Əgər siz borc içindəsinizsə — bu sizin öz seçiminizdir.
Bəli-bəli, sizin işsiz qalmağınız öz günahınız ucbatından deyil, siz də necə isə yaşamalısınız və  kreditlər vasitəsi ilə ödəmək sizin yeganə çıxış yolunuzdur. Bu, boğaza qədər borcun içində olan adamlar üçün sıradan bir izahatdır, amma kifayət qədər də məqbul hesab edilə bilməz. Lakin  «Bank hər dəfə mənə yeni kredit imkanları təqdim edirdi» kimi fikirlər heç də sizə bəraət qazandırmır. Çünki hər şeyə rəğmən portmanatdan kredit kartını çıxartmaq və alış-verişi onun vasitəsi ilə ödəmək – könüllü bir addımdır, sizi buna heç kəs məcbur etməyib. Borca girmək istəmirsizsə borc götürülmüş pullardan istifadə etməyin. Bu gün həddən çox insanlar, necə deyirlər, kredit kartına «oturub», yəni borc götürməyə çox aludə olub, etiraf etmək nə qədər çətin olsa da bu insanlar üçün ən yaxşı strategiya ümumiyyətlə kredit kartlarından istifadə etməməkdir.

4. Unutmayın ki, kredit bir hüquq deyil, o sadəcə imtiyazdır.
Adətən kredit (və ya sığorta polisləri) reklamlarında belə bir şüar səslənir: «Siz buna layiqsiniz». Amma inanın ki, hər hansı bir bank və ya sığorta təşkilatı öz müştərilərin heç də nəyə isə «layiq olduğu haqda» düşünmür. Bundan əlavə, bu və ya digər bir bank ilə iş qurmaq üçün siz buna layiq olmalısınız.

Siz nə kredit kartına, nə ipotekaya, nə avtomobil kreditinə, nə hər hansı bir digər məhsula layiq deyilsiniz. Yaddan çıxartmayın ki, sizin bankdan bor aldığınız hər bir dolların arxasında sərmayəçi dayanır. Bu sərmayəçi ABŞ federal hökuməti, hedc-fond, təqaüd fondu, qeyri kommersiya təşkilatı və ya sadə istehlakçı da ola bilər.

Bu halqanın hər bir bəndi əmin olmaq istəyir ki, onun borc verdiyi pullar yenidən geriyə onun özünə qayıdacaq və zəmanətlərə-girovlara bu meyllilik sizin ilə borc götürülən vəsaitlər arasında bir maneədir. Son illər ərzində isə bu maneələri dəf etmək getdikcə daha da çətin olur—  ümumi yanaşdıqda isə   bu elə də pis deyil.

Son xəbərlər
Digər xəbərlər