5 C
Baku
Wednesday, December 24, 2025

Kreditlər manatda artıb, xarici valyutada azalıb

Kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2019-ci ilin sonu ilə müqayisədə 2020-ci ilin 10 ayı ərzində 512.3 milyon manat, Sentyabr ayı ilə müqayisədə oktyabr ayında isə 87.8 milyon manat azalaraq 1 noyabr 2020-ci il tarixində 14 milyard 785.9 milyon manata çatıb.

Banker.az Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasına istinadən xəbər verir ki, kredit təşkilatlarının 14 milyard 785.9 milyon manatlıq kredit qoyuluşlarının 10 milyard 254.3 milyon manatını milli valyutada kreditlər), 4 milyard 531.7 milyon manatını xarici valyutada kreditlər təşkil edib.

Milli valyutada kreditlərin 678.3 milyon manatının, xarici valyutada kreditlərin isə 328.2 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).

2019-cu ilin sonu ilə müqayisədə cari ilin 10 ayı ərzində Manat kreditləri 253.5 milyon manat artıb, xarici valyutada kreditlər isə 765.7 milyon manat azalıb.

Sentyabr ayı ilə müqayisədə Oktyabr ayında isə Manat kreditləri 43 milyon manat artıb, xarici valyutada kreditlər isə 130.6 milyon manat azalıb.

Milli valyutadakı kreditlərin 1 milyard 722.1 milyon manatı qısamüddətli, 8 milyard 532.2 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.

Xarici valyutada kreditlərin isə 736 milyon manatını qısamüddətli, 3 milyard 795.7 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər