13 C
Baku
Saturday, May 18, 2024

Kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var

Mərkəzi Bank bu gündən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə% faiz dəhlizinin yuxarı həddini 7%-dən 6%-ə, aşağı həddni isə 1%-dən 0.5%-ə endirdi. Bankın məlumatına görə, bu inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinəşərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçündür. Bankdan bildiriblər ki, manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Makroiqtisadi sabitlik möhkəmlənmiş, inflyasiyanın daha da azalması müşahidə olunmuş, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil etmişdir.

Mərkəzi Bank bu addımın sektorda və eləcə də monetar siyasətdə baş verən dəyişikliklər iləəlaqələndirsə də bank sistemdə reallıqda bu ilin birinci rübündü daha çox “oyun qaydalarına “ inzibati müdaxilə müşahidə olunub.

Ekspert Vüqar Bayramov bildirir ki, əvvəlla, bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır.

İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin yenəəhəmiyyətli rəqəm ilə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz.

Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur.

Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur.

Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyilərini azaldır.

Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərəəsasında formalaşmadığüçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır.

Bu ilin birinci rübündə ildə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişiklilər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilmədi. Kredit faizləri yüksək olaraq qalmaqdadır və bunun aşağı salınması istiqamətdə Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrdə dividentlər ilə təklif edilən kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentləri banklar üçün yeganə maliyyə mənbəsi olmadığını da nəzərə aldıqda da belə bu isə iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz.

Əslində Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı. Hal-hazırda ölkənin kommersiya bankları MDB-dəən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyətə heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər