23 C
Baku
Sunday, September 29, 2024

Kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,47% -ə qalxdı

Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,47 %, xarici valyuta ilə 14,32% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki aylarla müqayisədə kreditlər üzrə orta faiz dərəcəsi nisbətən yuxarı qalxıb.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 11,46%, xarici valyuta ilə 10,69%, fiziki şəxslər üzrə isə manatla 18,21%, xarici valyuta ilə isə 20,38 % təşkil edib.

O cümlədən 1 aya qədər verilən kreditlər manatla 11,16%, xarici valyuta ilə 11,61%, 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 18,94%, xarici valyuta ilə 15,75% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər