22 C
Baku
Monday, October 7, 2024

Kreditlərin 63%-i özəl banklar tərəfindən verilib

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 63% – özəl banklar tərəfindən verilən kreditlərdir.

İlin əvvəlindən ölkə banklarının özəl bankları tərəfindən 1 318 mln manat, dövlət bankı tərəfindən 790 mln manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 40 mln manat kredit qoyuluşu olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə dövlət bankı tərəfindən qoyulan, kredit qoyuluşları 927 mln manat və yaxud 18%, özəl banklar tərəfindən 1 802 mln manat yəni, 20% , qeyri-bank kredit təşkilatları tərəfindən isə 110 mln manat yəni, 28% artıb.

Son xəbərlər
Digər xəbərlər