Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditlərinin verilməsinə dair yeni qərar vermişdir. Yeni qərara əsasən bundan sonra kredit verilən zaman bütün müştərilərin zamin durduqları kreditlərinin məbləğidə onun öhdəliyi kimi nəzərə alınacaqdır.
Qərar artıq banklara göndərilib və qüvvəyə minib.
Banker.az mütəxəssislərinin məlumatına görə, bu qərar Azərbaycanda verilən istehlak kreditlərinin həcmini sürətlə azaldacaqdır. Belə ki, əmək haqqı və adında olan aktiv kreditlərin həcminə görə 5000 AZN götürə bilən adam, bu məbləği artıq götürə bilməyəcəkdir. Çünki kredit verilməsində həm onun zamin durduğu aktiv kreditlərin məbləği , həmdə yeni hesablama metodu vasitəsi ilə kreditin məbləği kifayət qədər aşağı salınır.
Qeyd edək ki, yuxarıda adı çəkilən qayda yalnız istehlak kreditlərinə aiddir (yerli və xarici valyutada verilən).