15 C
Baku
Saturday, April 20, 2024

Kreditlərlə bağlı problemlər və onların həlli yolları

Borclar özlüyündə problem deyillər çoxları kredit götürür və onu rahat şəkildə qaytarırlar. Çox vaxt borc götürülən pullar problemin həlli və məqsədə çatmanın üsullarından biridir. Lakin əgər siz problemi həll etmək üçün kredit götürür və ödəyə bilmirsinizsə, onda bu problem daha da kəskinləşəcək.

Banklar xeyriyyəçiliklə məşğul olmurlar, əksinə onlar pul qazanırlar. Ona görə də onlar hər bir borcalan üçün axıradək mübarizə aparacaqlar. Lakin mübarizə aparmaq dedikdə, istənilən üsulla – faktorinq şirkətlərinə borcların satılması, məhkəməyə vermək və ya əmlakın alınması və s. kimi amillər nəzərdə tutulmur.

Bank da borcalan kimi işin rahat gedişində maraqlıdır. Işin rahat gedişi isə borcun ödənilməsi deməkdir. Əgər sizdə maliyyə çətinlikləri baş veribsə və siz müntəzəm olaraq aylıq ödənişləri ödəyə bilmirsinizsə, onda bank buna hər şeydən öncə fikir verəcək. Sizin güman etdiyiniz kimi o sizi məhkəməyə verməyəcək və ya faktorinq şirkətlərə müraciət etməyəcək, əvəzində zəng edib probleminizlə maraqlanacaq.

Əsasən də əgər siz dürüst və borclarınızı vaxtlı vaxtında ödəyən insansınızsa, onda Bu zəng o qədər də xoşagələn olmayacaq və siz çox ehtimal i, utanacaq və heç bir probleminizin olmadığını, tezliklə borcunuzu ödəyəcəyinizi, bu halın bir də təkrar olmayacağınız deyəcəksiniz. Bu həqiqətdə də belə olsaydı, çox yaşı olardı.

Əgər sizin pulunuz həqiqətən yoxdursa, onda bu haqda banka düzgün məlumat vermək lazımdır. Hətta öz vəziyyətinizə bir qədər bəzək-düzək də verə bilərsiniz, daha doğrusu hər şey haqqında daha kədərli formada məlumat verin, axı bank işçiləri hissiyatsızdırlar. Bu onların anadangəlmə çatışmazlığı (insandan insana fərqlənə də bilər) deyil, sonradan qazanılmış xüsusiyyətdir, axı onlar öz işləri ilə əlaqədar olaraq tez-tez oxşar əhvalatları dinləməli olurlar. Ona görə də problemləriniz sizə çox dözülməz və həll edilə bilinməyən görünsə də , bu o demək deyil ki, onlar kredit təşkilatı işçilərinə də belə gələcək. Ona görə də, sizin ağlamalı əhvalatınız işçilərdə heç bir emosiyaya səbəb olmasa və əvəzində “qurtardınız?” deyə cavab versələr, təəccüblənməyin.

Buna hazır olmaq lazımdır, çünki bizim problemlərimiz bizə həqiqətdə olduğundan daha ciddi görünür. Bank işçisi nəinki sizin hekayənizə təəccüblənməyə bilər, hətta niyə təəccüblənməməsinin səbəbini və problemdən çıxış yolunu izah edə bilər. Məsləhətə etinasız yanaşmaq olmaz, axı onu təcrübəli insan verir, həm də ki o sizin probleminizin həllində həqiqətən maraqlıdır. Bəzi hallarda hətta sizin konsultantınız sizə borclarınızı əvvəlki formada ödəyə bilməyəcəksinizi desə də, buz zaman sizə maliyyə formasında olmasa da zəruri yardımlar göstəriləcək.

Bankın təklif edə biləcəyi ilk şey “kredit tətilidir”. Bank yenidən öz ayaqlarınız üstündə durana və maliyyə çətinliklərini ardan qaldırana qədər sizə bir neçə ay möhlət verə bilər. Bir neçə aydan sonra siz kreditlərinizi tətilə qədər ödədiyiniz formada ödəyə biləcəksiniz. Arada fasilə verdiyinizdən siz borcları daha uzun müddət ödəyəcəksiniz, lakin digər bir variant da mövcuddur – siz aylıq ödənişləri yüksəldərək, eyni müddətdə borclarınızı ödəyib qurtara bilərsiniz. Tətil müddətində buraxdığınız ödənişlər yerdə qalan aylar üzrə bölüşdürüləcək.

Qısası, hər bank müştərisinə “kredit tətili” vermək imkanına sahib deyil – siz müqavilə bağlamısınız və öhdəliyinizi ödəməyə borclusunuz, sizin problemlərinizin isə banka heç bir aidiyyatı yoxdur, lakin onlar pulu itirməmək üçün sizə möhlət verərək, şans verə bilər. Bu o deməkdir ki, siz müəyyən müddət əsas borcun ödənilməsindən azad olunacaqsınız və yalnız faizləri ödəyəcəksiniz. Vəziyyət normallaşanda və möhlət verilmiş vaxt bitəndə bank hesablamalar apararaq, ya ödəniş müddətini uzadacaq, ya da aylıq ödənişləri artıracaq. Göründüyü kimi möhlət – yanğın baş verməmişdən qabaq onun qarşısının alınması üçün həyata keçirilmiş fövqəladə tədbirdir. Problemin qarşısını almaq və ya heç olmasa onun dağıdıcı effektini aşağı salmaq üçün hər şeyi qabaqcadan görmək lazımdır, nə vaxt ki hər şey yaxşıdır, lakin tezliklə pozula bilər.

Bunun üçün ilk növbədə sizin kreditinizi yenidən maliyyələşdirməyə razı olan digər bankın axtarışına çıxmaq lazımdır. Başqa sözlə, siz başqa bankla daha əlverişli şərtlərlə müqavilə bağlayırsınız. Siz kredit müddətini azaltmaq üçün ödənişlərin həcmini aşağı salmağı xahiş edə bilərsiniz və ya müddətə heç bir dəyişiklik etməyə bilərsiniz, belə ki daha əlverişli şərtlər hesabına ödənişlər onsuz da azalacaq. Yeri gəlmişkən, yenidən maliyyələşdirməni öz bankınızda da həyata keçirə bilərsiniz.

Əgər sizin vəziyyətiniz kritik həddədir və sizə bir möhlət bəs etmirsə, (bütün cərimələr həddə artıq yüksəkdir, pul isə əvvəldə olduğu kimi hələ də yoxdur) onda siz borclarınızın restruktizasiyasını tələb edə bilərsiniz. Bu o deməkdir ki, bank vəziyyəti, sizin davranışınızı, gəlir və borc məbləğinizi araşdırıb krediti yeni sxem üzrə ödəməyi təklif edəcək. Sizinlə stol arxasına əyləşib, öz borcunuzun gələcək taleyini necə gördüyünüz, onu necə və hansı müddətə ödəmək fikrində olduğunuz ilə maraqlanacaqlar. Çox nadir də olsa, bəzi hallarda hətta sizin cərimələriniz azaldıla bilər.

Lakin əgər bank daha çox almaq istəsə – cərimələr həddən artıq yüksəkdirsə və bankla danışıqlara girmək mümkün deyilsə, onda siz məhkəməyə müraciət edə bilərsiniz. Axı qanuna görə, cərimə məbləği ilkin borc məbləğini keçməməlidir. Buna görə məhkəmə yolu ilə sizin cərimələr azaldılacaq. Banklar xüsusən də əgər iş uğursuzluqla nəticələnə bilərsə, işin məhkəməyə qədər uzanmasının tərəfdarı deyillər. Ona görə də çox ehtimal ki, sizlə razılığa gələcəklər. Əgər siz fikirləşirsiniz ki, sizin borcla bağlı probleminiz olmayacaqsa, çox güman ki, elə də olacaq, lakin statistika heç də bunu demir. Yalnız 30% borcalan öz borclarını xırda gecikmə belə olmadan ödəyə bilir, bu isə hətta ümumi borcalanların üçdə birindən də azdır. Ehtiyatlı olmağa dəyər.

Son xəbərlər
Digər xəbərlər