15 C
Baku
Friday, March 29, 2024

Kreditləşməni dayandıran bu bank gəliri haradan əldə edir?

Ölkədə fəaliyyət göstərən bir çox banklar Mərkəzi Bankın nizamnəmə kapitalı haqqında qoyduğu tələbi yerinə yetiriblər. Lakin bir neçə bank var ki, hələ də bu nizamnamə kapitalını artıra bilməyiblər. Lakin bəzi banklar da var ki, ilin axırına yaxın 50 mln manata çatacaqlarını qeyd ediblər.

Demək olar ki, qərarın tətbiq olunmasına çox az müddət qalmış Zamin bank bu təhlükədən xilas ola bilib. Bank nizamnamə kapitalı haqqında qoyulan qərarı yerinə yetirib. Maraqlıdır, ötən ilin sonlarından kreditlərin verilməsini dayandıran və hələ də bərpa etməyən bu bank nizamnamə kapitalını 50 mln manata necə çatdırıb.

Belə ki, Bank  nizamnamə kapitalını artıra bilməsi üçün, 01 yanvar 2014-cü il tarixində səhm yerləşdirərək, nizamnamə kapitalına, 01 sentyabr 2014-cü il tarixli 3 milyon AZN, 18 sentyabr 2014-cü il tarixdə isə 2 milyon AZN əlavə edib. Belə çıxır ki, Bank sadəcə səhmlərini emissiya etməklə məşğuldur və ancaq bu yol ilə dolanır.

Qeyd edək ki, Zamin Bankın aktivlərin həcminə dair son hesabatı Mart ayınadır. O hesabatda aktivlərin həcmi 429 931 085 AZN, Kredit portfelinin həcmi (Yanvar ayına) 246 232 640 AZN  kimi qeyd olunmuşdur. Maraqlı nüanslardan biri odur ki, bankın qeyri faiz gəlirləri onun bütün əməliyyat xərclərini və s. xərcləri ödəməyə kifayət edib, hətta bank Mart ayında təxminən 620 min AZN xalis mənfəət də əldə etmişdir.

Son xəbərlər
Digər xəbərlər