1 C
Baku
Saturday, December 14, 2024

Kreml Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəyini təsdiqləyib

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüş gələn həftə keçirilə bilər.

“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər