Kreml təhlükəsizlik təmanatları ilə bağlı Cenevrə və Brüsseldə keçirilən Rusiya-ABŞ danışıqlarını uğursuz hesab edir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya-ABŞ danışıqlarını iki raundun nəticələrinə görə uğursuz adlandırıb.
Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə Moskvanın təhlükəsizlik təminatları haqqında təkliflər sənədinin müzakirəsi ilə bağlı Rusiya-ABŞ dialoqunun birinci raundu, yanvarın 12-də isə Brüsseldə Rusiya-NATO şurası çərçivəsində ikinci raundu baş tutub.