Kreml Böyük Britaniyanın Baş naziri Boris Consonun Rusiyaya qarşı alyans yaratmaq ideyasını şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Conson Avropa İttifaqının mövqeyini təhdid edən birlik yaratmaq istəyir.
Banker.az xəbər verir ki, bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Biz Consonun belə təşəbbüsləri olub-olmadığını bilmirik, lakin bu halda, o, Aİ-nin, ümumavropa assosiasiyasının mövqeyini təhdid edir”, – Peskov deyib.
Xatırladaq ki, bu gün İtaliyanın “Corriere Della Sera” qəzeti Britaniyanın Baş naziri Boris Consonun Avropa İttifaqına alternativ yaratmaq təşəbbüsü haqqında yazıb.
Yeni alyansa Polşa, Ukrayna, Estoniya, Latviya, Litva və Türkiyə daxil ola bilər.
Mənbədə qeyd edildiyi kimi, Ukrayna hələ Consonun təklifinə cavab verməyib. Zelenski iyunun 23-də Ukraynanın birliyə üzvlük müraciətinə baxılacaq Avropa İttifaqı (Aİ) sammitini gözləyir.