10 C
Baku
Thursday, December 12, 2024

Kreml Dağlıq Qarabağdakı vəziyyəti qiymətləndirdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağdakı münaqişədə tərəflərindən birinə mümkün dəstək barədə hər hansı bir açıqlama mənfi nəticələrə gətirib çıxara bilər.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Biz elə hesab edirik ki, bu münaqişədə tərəflərdən birinin mümkün hərbi dəstəyi ilə bağlı yayılan bəyanatlar, çox ehtimal ki, təxribat xarakteri daşıyır. Əlbəttə ki, bu cür bəyanatlar çox zərərlidir. Münaqişədə üçüncü ölkənin iştirakının son dərəcədə mənfi nəticələrə səbəb ola biləcəyinə inanırıq”, – deyə Peskov söyləyib.

Son xəbərlər
Digər xəbərlər