9 C
Baku
Monday, November 18, 2024

Kreml hərbi xidmət müddətinin uzadılmasını təkzib edib

Kreml hərbi xidmət müddətinin artırılması və qadınların hərbi xidmətə cəlb olunmasını müzakirə etmir.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Kremlin bu məsələdə mövqeyi yoxdur, bu mövzu müzakirə olunmayıb.

Kreml rəsmisinin sözlərinə görə, bu məsələdə əsas Müdafiə Nazirliyinin rəyidir.

Qadınların orduya çağırılması ideyasından danışan sözçü onu da qeyd edib ki, Kremldə “bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”.

Daha əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov iki illik hərbi xidmət təcrübəsinə qayıtmağı düşünməyi təklif edib ki, bu da onun fikrincə, Rusiya Silahlı Qüvvələrinin sayını artıracaq və peşəkar döyüşçülər yetişdirəcək. Eyni zamanda senator vurğulayıb ki, bu məsələnin həlli Rusiya Federasiyası Prezidentinin və Müdafiə Nazirliyinin səlahiyyətindədir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər