5 C
Baku
Wednesday, February 21, 2024

“Kreml istəməzdi ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun”

Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistan parlamentinin bu gün Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib.

O, Kremlin Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab etdiyini söyləyib.

Peskov vurğulayıb ki, Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər